EN

Keçmiş müstəntiq Rüfət Səfərovun məhkəməsi başladı

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müdafiə xətti” qeyri-hökumət təşkilatının həmtəsisçisi Rüfət Səfərovun məhkəməsi başlayıb. İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən məhkəmə iclasında hüquq müdafiəçisinin vəkilinin yanında əyləşməsi barədə vəsatət qaldırılıb. Vəsatət təmin olunub.

Daha sonra Rüfət Səfərovun vəkili Elçin Sadıqov onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Rüfət Səfərovun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Onun ölkədən qaçmaq ehtimalı yoxdur.

Rüfət Səfərov özü də vəsatətə münasibət bildirərkən heç bir cinayət törətmədiyini bildirib. O, qeyd edib ki, tamah məqsədilə dələduzluq etməkdə, zərər vurduğu şəxsə qarşı xuıiqanlıqda və ona xəsarət yetirməkdə ittiham olunur. Onun sözlərinə görə, reallıqda isə bu cinayətlərin heç birini törətməyib. O, qeyd edib ki, müstəntiq vəzifəsindən özü könüllü şəkildə ərizə yazaraq çıxıb.

Məhkəmə onun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Rüfət Səfərovun işi üzrə məhkəmə baxışı iyulun 14-nə təyin olunub.

Rüfət Səfərov ötən il dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma) maddələriylə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Natiq İmamquliyev tanınıb. Keçmiş müstəntiq Rüfət Səfərov torpaq sahəsi satmaq adı ilə ona onun pulunu almaqda, özünə isə xəsarət yetirməkdə ittiham olunur.

Rüfət Səfərov isə bu ittihamları qəbul etmir, həqiqətə uyğun olmadığını bildirir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
bizimyol.info

1Sources