EN

Poqba Monako nu seçməsinin səbəbini belə izah etdi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Monako" ilə müqavilə bağlayan fransalı yarımmüdafiəçi Pol Poqba bu klubu seçməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Klubun layihəsi çox xoşuma gəldi. Şərtlər, şəhər. Həm də mən heç vaxt Fransa liqasında oynamamışam. Məni "Monako"da çox şey cəlb etdi. Bu, etməli olduğum seçim idi".

Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün 4 illik diskvalifikasiya olunan, sonradan cəza müddəti İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən 1,5 ilə endirilən Poqba mart ayından etibarən rəsmi matçlara çıxmaq hüququna sahibdir. 

Nihat

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
50
fanat.az

10Sources