EN

"Atletiko"da ayrılıq

“Atletiko” klubu 35 yaşlı müdafiəçi Sesar Aspilikuetanın komandadan ayrıldığını rəsmən açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçu 2023-cü ildən bəri Madrid təmsilçisinin heyətində çıxış edirdi.

“Çox sağ ol, Sesar, bu klubda karyeran ərzində göstərdiyin sədaqət və liderliyə görə. Qarşıdakı yeni çağırışlarında sənə uğurlar arzulayırıq!”, – deyə “Atletiko”nun yaydığı açıqlamada bildirilir.

Aspilikueta “Atletiko”nun heyətində 53 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Karyerası ərzində o, həmçinin “Çelsi”, “Marsel” və “Osasuna” komandalarında da çıxış edib.

Chosen
18
publika.az

1Sources