EN

Renat Dadaşov Polşa klubundan ayrıldı – AÇIQLAMA

Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşanın “Radomyak” klubundan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı hücumçu sosial şəbəkə hesabında “Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik” – deyə, paylaşım edib.

 Renat Dadaşov bu ilin fevral ayından “Radomyak”da çıxış edirdi. Futbolçu Radom təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 22 qol ötürməsi ilə yadda qalıb.

Chosen
13
7
idmanxeber.az

3Sources