EN

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

2025-ci ilin yanvar-may ayları üzrə ən çox gəlir əldə edən şirkətlərin adları məlum olub.

Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun buraxılışında bildirilir.

Məlumata görə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:  “MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku SteelCompany" QSC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"P-AQRO" MMC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Khan-El" MMC, "Azərbaycan
Şəkər İstehsalat Birliyi"MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold”
QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları"QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu MMC, "Azəripək" MMC.

Chosen
28
50
valyuta.az

10Sources