"Qalatasaray"da transfer fəaliyyəti davam etdirir.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, klub həm də millinin oyunçusu olan Yunus Akgünlə yenidən anlaşıb.
Məlumata görə, tərəflər 4 illik müqavilə imzalayacaqlar: "Yeni müqavilədə Akgünün əvvəlki müqaviləsindəki 14 milyon dollarlıq sərbəst buraxılma maddəsi ləğv olunacaq. Ona yeni müqavilə ilə ildə 2,5 milyon avro ekvivalentində türk lirəsi ilə maaş ödəniləcək".
Fərid ASLAN
MİA.AZ