“Real” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu “AZ Alkmaar”ın yarımmüdafiəçisi Kes Smiti heyətinə qatmaq istəyir. 19 yaşlı futbolçu özü də “Real”da oynamağa müsbət yanaşır.
Niderlandlı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 43 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.