Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Polşanın “Radomyak” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu sosial şəbəkə hesabında klub ilə vidalaşıb: "Təşəkkürlər, “Radomyak”. Klub üçün hər şeyin ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik".
Qeyd edək ki, 2025-ci ilin fevralından "Radomyak"ın formasını geyinən R.Dadaşov 2 qola imza atıb.