EN

Azərbaycanda yerli ərzaqlıq buğdanın tədarükünə başlanılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi 2025-ciil 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından 2025-ciildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanıntədarükünü elan edib.

Trend xəbərverir ki, bu barədə agentlik məlumat yayıb.

"Tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texnikişərtlər” standartında qeyd edilən I, II və III sinif buğdaya aidbütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyihaqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiştələblərə cavab verməlidir.

Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğumüvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindəntəsdiq olunmalıdır", - məlumatda deyilir.

Qeyd edilib ki, tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyətgöstəriciləri Azərbaycan Respublikasının Dövlət EhtiyatlarıAgentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq, keyfiyyəttələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.

"Bildiririk ki, ərzaqlıq buğdanın qəbul məntəqələrinəçatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbulməntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakıkimidir:

• Səngəçal Taxıl Elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi,Bakı-Salyan şossesi, tel. 012-210-01-95;

• Gəncə Taxıl Elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi,tel. 012-210-01-95;

• “Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaqkəndi, tel. 050-613-53-69;

•“Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu,Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;

• “Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;

• “SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel.050-220-40-40;

• “Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel.070-313-99-62;

• “Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel.050-320-64-54;

• “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel.050-213-97-67;

• “PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel.051-553-55-65;

• “Agro Dairy” MMC: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 129,tel. 051-232-44-04.

Əlavə olaraq qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetməsəviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli1754 nömrəli Fərmanına uyğun pilot layihə çərçivəsində AzərbaycanRespublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmışmüqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyitəsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüşşəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsulsubsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlardatəhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistikgöstəricisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ciil 23 iyun tarixli 374s saylı sərəncamında müəyyən edilən 400 (dördyüz) manat dövlət tədarük qiymətindən aşağı olduğu hallarda aradakıfərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsiməqsədilə məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurasıtərəfindən yenilənməsi nəzərdə tutulub.

Yuxarıda qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrəsatış təkliflərinin akkreditasiya olunmuş laboratoriya tərəfindəntəsdiq edilmiş keyfiyyət göstəriciləri də əlavə edilməkləistehsalçılar tərəfindən [email protected] elektron poçt ünvanınagöndərilməsi xahiş olunur.

Əlavə məlumat üçün telefon nömrəsi: 012-210-01-95".

Chosen
11
2
az.trend.az

2Sources