EN

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqdakı vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı anlayır

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri olaraq, Rusiyada baş verən narahatedici hadisələrlə əlaqədar Azərbaycan xalqı ilə səmimi həmrəyliyimi bildirirəm.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radasının Azərbaycan Milli Məclisi ilə İşçi Qrupunun rəhbəri Volodimir Kreydenko deyib.

O qeyd edib ki, artıq uzun illərdir Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı anlayır.

"Rusiyada azərbaycanlılara qarşı zorakılığın, ayrı-seçkiliyin və hüquq pozuntularının hər hansı formasını qətiyyətlə pisləyirəm. Bu cür hərəkətlər sivil dünyada qəbuledilməzdir və beynəlxalq hüquq normalarına kobud şəkildə ziddir. Bu repressiyalar Rusiya və hüququn bir araya sığmadığının daha bir sübutudur. Kreml rejimi üçün başqa xalqların həyatı heç bir dəyər daşımır. Rusiya əzəldən başqalarının ləyaqətini alçaldaraq, insanları imperiya məqsədləri üçün resurs kimi istifadə edib. Belə bir vəziyyətdə xalqlarımız arasında dəstək əlaqələrini gücləndirmək xüsusilə vacibdir. Hər gün təkcə öz azadlığını deyil, həm də bütün demokratik dünyanın təhlükəsizliyini qoruyan Ukrayna öz tərəfdaşlarının - o cümlədən, ədalətsizliyə və xarici təzyiqə qarşı mübarizədə acı təcrübəsi olan Azərbaycan xalqının həmrəyliyinə ümid edir", - V.Kreydenko vurğulayıb.

Ali Radanın üzvü əlavə edib ki, bu gün Azərbaycan tərəfindən Ukraynaya humanitar dəstəyin gücləndirilməsi hər zamankından daha aktualdır:

"Söhbət zərər çəkmiş ailələrə yardım, zəruri malların, dərmanların, generatorların tədarükü, həmçinin həyati əhəmiyyətli infrastrukturun bərpasında iştirakdan gedir. Bu cür yardım təkcə ümumi qələbəyə praktik töhfə deyil, həm də ölkələrimiz arasında qardaşlıq və strateji tərəfdaşlığın səmimi təzahürü olacaq.

Totalitarizmə qarşı mübarizədə bizə birgə fəaliyyət və birlik lazımdır. İndi həmrəylik haqqında danışmaq vaxtı deyil - fəaliyyət göstərmək vaxtıdır. Biz hər bir dəstək jestini yüksək qiymətləndiririk və əminik ki, Azərbaycan həqiqət, ləyaqət və azadlıq tərəfində bizimlə birlikdədir.

Əminəm ki, Azərbaycan xalqı bu çağırışları ləyaqətlə keçəcək və dövlətlərimiz arasında əməkdaşlıq regionda və dünyada ümumi dəyərlərin müdafiəsində daha da güclənəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
icma.az

10Sources