EN

Çində sel təhlükəsi ilə əlaqədar 114 min nəfər təxliyə edilib

Pekin, 30 iyun, AZƏRTAC

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlarla əlaqədar təxminən 73 min nəfər təxliyə olunub. Quycou əyalətində isə 41 min sakin təxliyə edilib. Yağış bölgədə fəsadlar törədib. Güclü yağış, sel və daşqınla əlaqədar “qırmızı xəbərdarlıq” elan olunub. Təbii fəlakətlə mübarizəyə 8 mindən çox canlı qüvvə cəlb edilib.

AZƏRTAC əyalətin təbii fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, güclü yağışlardan ən çox ziyan çəkən yaşayış məntəqlərindən biri də Bacon şəhəridir. Sel və daşqın suları şəhərdəki iqtisadi zonada yerləşən inzibati və yaşayış binalarına, habelə fermer təsərrüfatlarına dolub. Aramsız yağış Neycian şəhərində torpaq sürüşməsi yaradıb. Nəticədə avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.

Qeyd edək ki, yağışlar Çinin mərkəz, şərq və cənub hissələrində, xüsusilə də Quandon, Anhuy, Hubey, Sıçuan, Hunan, Quansi, Hınan və Quycou əyalətlərində, həmçinin Çonçin şəhərində böyük fəsadlar törədib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
28
21
azertag.az

10Sources