EN

ABŞ-də cinsiyyətini dəyişdirən uşaqlara xidmət göstərən xəstəxanalarla bağlı TƏDBİR

ABŞ hökuməti yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi üzrə xidmətlər göstərən xəstəxanalar üçün dövlət maliyyələşdirməsini dayandırmağı düşünür.

Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti “Medicare” və “Medicaid Services” (CMS) mərkəzlərinə istinadən məlumat yayıb.

“[ABŞ prezidenti Donald] Tramp açıq şəkildə bildirdi: ABŞ uşaqları həyatlarını dəyişdirən və eksperimental prosedurlardan qoruyacaq”, - Mərkəzin  rəhbəri, kardiocərrah və teleaparıcı Mehmet Öz deyib.

Nəşr qeyd edib ki, təxminən bir ay əvvəl CMS doqquz xəstəxanaya məktub göndərərək onlardan cinsiyyət dəyişdirmə əməliyyatları, hormon terapiyası və yetkinlik blokerlərinin istifadəsi barədə məlumat vermələrini tələb edib. Lakin məqaləyə görə, qurumların heç biri bunu etməyib.

QAZİLER.AZ

Chosen
25
qaziler.az

1Sources