EN

Bu gün ən pis rolu Rus Pravoslav kilsəsi oynayır - faktlara baxın...


Son illərdə Rusiyada şovinist meyllərin və islamofobiyanın güclənməsi milli münasibətlər baxımından ciddi narahatlıq doğurur. Bu hallar təkcə ölkə daxilindəki müsəlman icmalarına deyil, həm də Rusiya ilə əlaqədə olan qonşu dövlətlərə mənfi təsir göstərir.

Şovinizm artıq Rusiyada yeni forma və məzmun qazanaraq, dövlət siyasətinə qədər sirayət edib. Bu düşüncə tərzi xüsusilə Rusiya hakimiyyət dairələrinin “Rus dünyası” ideologiyası vasitəsilə təbliğ olunur. Həmin ideologiya rus dilini, pravoslavlığı və rus mədəniyyətini keçmiş SSRİ ərazisində yaşayan bütün xalqlara şamil etməyə çalışır. Bu isə qeyri-rus xalqları, o cümlədən Qafqaz və Mərkəzi Asiya mənşəli etnik azlıqlar üçün assimilyasiya təzyiqi yaradır.

Rusiya daxilində millətçi qrupların fəallaşması, xüsusilə gənclər arasında şovinist əhval-ruhiyyənin yayılması narahatedici haldır. Sosial şəbəkələrdə, bəzi media orqanlarında və hətta təhsil sistemində rus üstünlüyü ideyaları təbliğ olunur. Nəticədə digər etnik və dini qruplar, xüsusilə müsəlmanlar marginal qrup kimi təqdim edilir.qeyd edək ki, Rusiyada milyonlarla müsəlman yaşayır. Onların əksəriyyəti tatarlar, başqırdlar, çeçenlər, inquşlar və Dağıstanın müxtəlif xalqlarıdır. Eyni zamanda, miqrasiya nəticəsində Orta Asiya ölkələrindən gələn milyonlarla müsəlman da bu icmanın tərkibindədir. Lakin bu böyük əhali qrupuna baxmayaraq, islamofobiya Rusiyada ciddi şəkildə yayılıb. Maraqlıdır ki, bütün bu proseslərdə Rus Pravoslav kilsəsi qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq mühafizə orqnlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır. Burada bir məqamı da qeyd edək ki, istər Çar Rusiyası, istər SSRİ dövründə olsun, istərsə indi Rusiya şovinist siyasətini sərtləşdirir. SSRİ-nin ən qəddar dövrünü Stalinin adı ilə bağlı idisə, bu gün prezident Vladimir Putin Putin öz əməlləri ilə onu da keçib. Buna da elə Rus Pravoslav kilsəsi dəstək verir. Kilsənin də iştirak etdiyi islamofobiyanın təzahürləri bir neçə formada Rusiyada müşahidə olunur. Müsəlmanlara qarşı hüquq-mühafizə orqanlarının sərt münasibəti, məscidlərin açılmasına qoyulan süni əngəllər, dini geyimlərə qarşı mənfi münasibət və dini azadlıqların məhdudlaşdırılması bu halların yalnız bir hissəsidir. Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə müsəlman miqrantlara qarşı diskriminasiya hallarına tez-tez rast gəlinir. Bundan əlavə, terror hadisələrindən sonra, istər-istəməz bütün müsəlman cəmiyyəti şübhə altında saxlanılır. Bu isə ksenofobiya və irqçiliyin güclənməsinə şərait yaradır. Müsəlmanların radikalizmlə əlaqələndirilməsi həm cəmiyyətdə, həm də dövlət strukturlarında yanlış təsəvvürlər formalaşdırır.Rusiya hakimiyyətinin milli münasibətlərə yanaşması birmənalı deyil. Rəsmi Moskva çoxmillətli dövlət anlayışını dəstəklədiyini bəyan etsə də, praktiki siyasətində rus millətçiliyinə güzəştə getməsi müşahidə olunur. Dövlətin nəzarətində olan media tez-tez müsəlman ölkələrinə və islam dünyasına qarşı qərəzli məlumatlar yayır. Bundan başqa, İslamın “ənənəvi” və “radikal” formaları arasında süni bölgü yaradılaraq, bir çox müsəlman təriqətləri və dini liderlər təzyiqə məruz qalır.Rusiyada islamofobiyanın və şovinizmin artması region ölkələri üçün də narahatedici haldır. Orta Asiya respublikaları, xüsusilə də miqrasiya axını yüksək olan ölkələr – Tacikistan, Qırğızıstan, Özbəkistan – öz vətəndaşlarının Rusiyada diskriminasiyaya məruz qalmasından narazıdır. Bu isə Rusiya ilə həmin ölkələr arasında siyasi gərginliyə səbəb olur.

Cənubi Qafqazda da oxşar proseslər izlənir. Azərbaycan kimi müsəlman əhalisi olan ölkələrdə Rusiyaya qarşı ictimai narazılıq artır. Rus Pravoslav kilsəsi bütün bunları əngəlləmək yerinə daha da qızışdırır.Bu arada xatırladaq ki, Rus Pravoslav Patriarxı Kirill Ukrayna müharibəsini “Müqəddəs müharibə” elan edib. O, Kremlin Ukraynadakı müharibəsi ilə bağlı ritorikasını artırıb. Rusiya əvvəllər Ukraynaya təcavüzü üçün əməliyyat terminindən istifadə edirdisə, son vaxtlar bu ifadəni müharibəyə çevirib. Belə yanaşma, Rusiyada şovinizm və islamofobiya təkcə daxili problem deyil, həm də regional təhlükəsizlik və əməkdaşlıq üçün maneədir. Bu tendensiyalar ölkə daxilindəki milli və dini harmoniyanı pozmaqla yanaşı, Rusiyanın beynəlxalq imicinə və qonşu ölkələrlə münasibətlərinə də mənfi təsir göstərir. Məsuliyyətli siyasət, tolerantlıq və mədəni müxtəlifliyin qorunması Rusiya üçün həm daxildə, həm də regionda sabitliyin əsas şərtidir. Əgər bu gün Rusiya qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarıa vurursa, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdır. Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bu fonda qeyd edir ki, Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Sovet İttifaqı dövründə Stalin repressiyalarını xatırladır.​ Onun sözlərinə görə, bu təcavüz aktları dərin hiddət və ciddi narahatlıq doğurur; Yekaterinburq faktiki olaraq anti-Azərbaycan əhval-ruhiyyəsinin mərkəzinə çevrilib: “Ədalət bəhanəsi ilə törədilən bu cür hərəkətlər getdikcə daha çox tarixin qaranlıq səhifələrini - Stalin rejiminin Azərbaycan xalqına qarşı repressiyalarını xatırladır. Sovet rejiminin dəhşətli cinayətlərinin kulminasiya nöqtəsi 1990-cı il 20 Yanvar faciəsi, silahsız mülki əhalinin Bakıda gülləbaran edilməsi idi. Otuz beş il sonra indiki Rusiya rejiminin törətdiyi bu düşmənçilik hərəkətləri bizə bir daha Azərbaycanın nəcib xalqına qarşı qəddar sovet rejiminin cinayətlərini xatırladır”. Ekspert qeyd edib ki, bu hadisələr fonunda Rusiya tərəfinin Azərbaycanla “strateji tərəfdaşlıq”dan danışması reallıqla heç bir əlaqəsi olmayan fars kimi görünür. Gürcü politoloq bütün bunları təsqdüfi hesab etmir: “Son günlər Rusiyada azərbaycanlılara, gürcülərə, özbəklərə, taciklərə və digər milli azlıqlara, miqrantlara qarşı törədilən cinayətlərin arxasında dövlət dayanır. Rusların bu addımları cavabsız qalmamalıdır. Siyasi analitiklər, hüquqşünaslar, beynəlxalq təşkilatlar baş verənlərə sərt münasibət bildirməlidirlər. Rusiya cəmiyyəti də məsuliyyətli davranmalı, gələcəkdə onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir. Onlar anlamalıdırlar ki, həqiqətən də bu gün Rusiya böyük fəlakətə çox yaxındır. Rusiya Azərbaycanın Qarabağda savaşı 44 günə başa çatdırmasını, 30 il işğal altında olan torpaqlarını azad etməsini, son dövrlər dünya dövlətləri arasında xüsusi hörmət qazanmasını və söz sahibinə çevrilməsini həzm edə bilmir”. Onun sözlərinə görə, Rusiya Azərbaycana qarşı açıq hücuma keçə bilmir: “Ona görə də müəyyən yollarla Azərbaycana və azərbaycanlılara qarşı terror əməliyyatları keçirirlər. Bu, son dövrlər açıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyllər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Köçəryan-Sarkisyan cütlüyünün yenidən siyasi səhnəyə qayıtması, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir. Bir sözlə deyə bilərəm ki, Yekaterinburqda baş verənlər təsadüfi və həqiqətən də uzun illər bundan əvvəl törədilmiş cinayətin üstünün açılması ilə bağlı əməliyyat deyil. Bu, Rusiyanın anti-Azərbaycan siyasətinin göstəricisidir və sonuncu olmayacaq. Narahatedici məqam odur ki, bu cür hadisələr həm azərbaycanlılara, həm də digər miqrantlara qarşı davam edəcək. Ona görə də bu cür addımlara qətiyyətli və tutarlı cavab verilməlidir”.

Samirə SƏFƏROVA

Chosen
25
30
baki-xeber.com

10Sources