EN

Dəhşətli HADİSƏ: Metroya benzin töküb yandırdı, 6 nəfər yaralandı

Cənubi Koreyada baş verən insident ölkəni şoka salıb.

Musavat.com xəbər verir ki,TRT Haber-in yaydığı məlumata görə, bir şəxs paytaxt Seul metrosunda benzini sərnişin vaqonuna tökərək alışdırıb. Hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Məlumata görə, təhlükəsizlik xidmətləri tərəfindən dərhal nəzarətə alınan şübhəli şəxs kundaklama və qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs edilib. Hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.

Yaralıların vəziyyəti ilə bağlı məlumat verən səhiyyə rəsmiləri, onların xəstəxanalarda nəzarət altında olduğunu bildiriblər.

Qeyd edək ki, hadisə metro stansiyalarında təhlükəsizlik tədbirlərinin bir daha nəzərdən keçirilməsinə səbəb olub. Cənubi Koreya ictimaiyyəti bu cür hücumların təkrarlanmaması üçün daha sərt nəzarət və texniki tədbirlərin görülməsini tələb edir.


Musavat.com

Chosen
71
50
musavat.com

10Sources