Böyük Dəbilqə turnirlərinin beşqat çempionu, dünya reytinqində ikinci yerdə qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras Uimbldon-2025-in ikinci mərhələsinə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, turnirin ilk raundunda 21 yaşlı Alkaras dünya sıralamasında 138-ci olan, 38 yaşlı italiyalı Fabio Foniniyə qarşı beş setlik dramatik görüşdə qalib gəlib – 7:5, 6:7 (5:7), 7:5, 2:6, 6:1.
Dörd saat 27 dəqiqə davam edən oyunda ispaniyalı tennisçi 14 dəfə əla serviç edib, 9 ikili səhvə yol verib və 15 imkanın 7-sini breykə çevirib. Fonini isə 1 əs, 9 ikili səhv və 21 breyk imkanından 5-ni reallaşdırıb.
Uimbldonun keçənilki qalibi olan Alkaras növbəti mərhələdə dünya reytinqində 733-cü pillədə yer alan britaniyalı kvalifikant – 21 yaşlı Oliver Tarvet ilə qarşılaşacaq.