EN

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.

Korrespondent.az xəbər verir ki, hazırda mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir.

İyunun 30-da Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Vətənə gətirilərək yaxınlarına təhvil verilib. Meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Chosen
12
40
korrespondent.az

10Sources