EN

"Ən istedadlı futbolçular bu gün Liqa 1-dən ayrılır"

"Monako" klubunun yarımmüdafiəçisi Pol Poqba Fransa Liqa 1 barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “RMC Sport” portalına istinadən məlumatına görə, fransalı futbolçu hazırda dünyanın ən perspektivli oyunçularının bu çempionatı tərk etdiyini bildirib. 

“Doğrudur, mən heç vaxt Liqa 1-də oynamamışam. Bu çempionata həmişə hörmətlə yanaşmışam. Burada çox sayda böyük futbolçu və potensiallı gənc olub. Amma bu gün ən istedadlı futbolçular Fransanı tərk edirlər. Bu çempionatda çıxış etmək mənim üçün həm şərəfdir, həm də zövq verir”.

Xatırladaq ki, 31 yaşlı dünya çempionu keçən həftə “Monako” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Pol Poqba karyerası ərzində “Mançester Yunayted” və “Yuventus” kimi klublarda çıxış edib. O, Avropa Liqasının qalibi, dördqat İtaliya çempionu, iki dəfə İtaliya Kubokunun və üç dəfə Superkubokun sahibi olub. Fransa millisinin heyətində Poqba 2018-ci ildə dünya çempionu, UEFA Millətlər Liqasının qalibi və Avro-2016-nın finalçısı olub.

Chosen
34
90deqiqe.az

1Sources