28 yaşlı amerikalı mərkəz oyunçusu Kevarrius Heys Fransanın “Monako” klubuna transfer olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, ötən mövsümü “Paris” klubunun heyətində keçirmişdi.
“Monako”ya keçidi ilə bağlı danışan Heys bu sözləri deyib:
“Monako”ya qoşulduğum üçün çox şadam. Komandanın əsas məqsədi Avroliqanı qazanmaqdır və mən də bu layihənin bir parçası olmaq istəyirəm. Baş məşqçi, oyunçular və klub heyəti yalnız zirvəni hədəfləyir.
“Paris”dəki mövsüm mənim üçün böyük nailiyyət oldu. Orada qazandığım xatirələr ömrüm boyu yaddaşımda qalacaq. İndi isə bu enerjini yeni komanda yoldaşlarıma ötürmək üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Kevarrius Heys daha əvvəl ASVEL və “Paris” komandalarının heyətində iki dəfə Fransa çempionu olub.