Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.
Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.
Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri artıq üç dildə təqdim edir. Hazırda Azərbaycan və rus dilləri ilə yanaşı, türk dilində də xəbərlər yayımlanır.
Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.
Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.
Paralel.az kollektivi "Oxu.Az" və "Global Media Group" ailəsini bu əlamətdar gün münasibətilə təbrik edir. Oxu.az saytına həmişə mediadakı uğurlu mövqeyini qorumağı, həmkarlarımıza isə yaradıcılıq uğurları arzu edirik.