FIFA klublararası dünya çempionatının daha bir oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, turnirin 1/8 finalında Milanın "İnter"i Braziliyanın "Fluminense" klubu ilə üz-üzə gəlib.
"Bank of America" stadionunda (Şarlotta, ABŞ) baş tutan görüşdə İtaliya nəhəngi Braziliya təmsilçisinə 0:2 hesabı ilə uduzub.
Qolları German Kano (3-cü dəqiqə) və Herkules (90+3) vurub.
40-cı dəqiqədə "Fluminense"nin futbolçusu İqnasionun qolu VAR-a baxdıqdan sonra oyundankənar vəziyyətə görə ləğv edilib.
"Fluminense" sabah, iyulun 1-də keçiriləcək 1/4 finalda "Mançester Siti" - "Əl-Hilal" cütünün qalibi ilə qarşılaşacaq.
Klublararası dünya çempionatının 1/4 final mərhələsinin ilk cütləri də bəllidir - "Palmeyras" - "Çelsi" və "Bavariya" - PSJ.
ABŞ-da keçirilən klublararası dünya çempionatı iyulun 13-də başa çatacaq.