EN

İran Həştərxan limanını almaq istəyir

Bakı. Trend:

İran Həştərxan limanında şərik olan tərəflərin səhmlərini almağıtəklif edib.

Trend xəbər verirki, hazırda limanın 53%-lik payına üç İran vətəndaşına məxsus olan"Nasim Bahr Kish" şirkəti sahibdir.

İranın dövlət gəmiçilik şirkəti IRISL-in nəzarətində olan "IranFanavaran Darya Qostar Jonob Arvand" və "Fanavaran Darya GostarJonob Arvand" isə müvafiq olaraq 1,52% və 1,82% paya malikdir.

İranlı olmayan səhmdarlar arasında Rusiyanın dövlətkorporasiyası Rostec (25,5%) və Kiprdə qeydiyyatdan keçmişVolqa-Vaster-Qərb şirkəti (3,33%) yer alır.

Mövcud məlumata görə, "Nasim Bahr Kish" şirkəti adi səhmlərin46,3%-ni və imtiyazlı səhmlərin 48,7%-ni almağa hazırdır.Alqı-satqı üçün təklif edilən məbləğ təxminən 437,5 milyon rubltəşkil edir. İranın “Bank Melli” tərəfindən yaradılmış maliyyəqurumu bu məbləğə bank zəmanəti təqdim edib.

Həştərxan limanı əsasən taxta yük, taxıl və neft daşımaları iləməşğuldur. 2023-cü ildən liman öz donanmasının formalaşdırılmasınabaşlayıb.

Chosen
22
az.trend.az

1Sources