EN

Donald Tramp Kubaya qarşı siyasətini sərtləşdirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasına ölkənin Kuba iləbağlı siyasətini sərtləşdirməyə dair sərəncam verib.

Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan vəprezident kabineti üzvlərinə ünvanlanan memorandumda qeydolunur.

Sənədə əsasən, Kuba hökumətinə, eləcə də bu ölkənin silahlıqüvvələri və təhlükəsizlik xidmətlərinə qeyri-mütənasib iqtisadifayda verən təcrübələrə son qoyulmalıdır. Memorandum, eyni zamanda,ABŞ vətəndaşlarının Kubaya turist səfərlərini qadağan edir.

Trampın göstərişləri Kubaya qarşı iqtisadi embarqonunsaxlanılması və BMT daxil olmaqla beynəlxalq forumlarda buembarqonun ləğvi təşəbbüslərinə qarşı çıxmağı nəzərdə tutur.

Prezident maliyyə və ticarət nazirlərinə bu qərarların icrasıüçün 30 gün ərzində konkret tədbirlər planı hazırlamaq tapşırığınıverib. ABŞ dövlət katibinə isə, Kubada iqtisadi əməkdaşlıqdanqeyri-proporsional fayda əldə edən qurumların siyahısını hazırlamaqtapşırılıb.

Memorandumda diqqət çəkən məqam odur ki, sanksiyalar yalnızsiyasi rəhbərliyə deyil, həm də həmkarlar ittifaqları liderləri,dövlət mediasının baş redaktorları və onların müavinlərini də əhatəedəcək.

Chosen
45
22
az.trend.az

10Sources