Almaniyanın Ukraynaya ayırdığı maliyyə yardımında ciddi uyğunsuzluq aşkarlanıb.
Â
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Â
Nəşrin yazdığına görə, Ukraynaya dəstək üçün nəzərdə tutulmuş büdcədən 1 milyard avro itib.
Â
Almaniyanın müdafiə naziri Boris Pistorius 2025-ci ildə Ukraynaya 9 milyard avro ayrılacağını vəd etsə də, Berlinin rəsmi bəyanatına əsasən bu məbləğ 8 milyard avro olacaq.
Â
Qeyd edilir ki, Almaniya Müdafiə Nazirliyində hazırda "maliyyə xaosu" hökm sürür.