Yazını böyüt
Yazını kiçilt
Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.
Hafta.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. İyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır.
Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;