EN

"Region ölkələri ilə əlaqələri genişləndirməyə davam edəcəyik" - Pezeşkian



İran region ölkələri və İslam dünyası ilə əlaqələri genişləndirmək və inkişaf etdirməkdə davam edəcək.

aia.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

İran prezidenti vurğulayıb ki, İslam İnqilabının Rəhbərinin daha əvvəl bəyan etdiyi kimi, İsrail üzərində son qələbə hər hansı bir qruplaşma və ya qrupa deyil, bütün 90 milyon iranlıya məxsusdur.

Sosial kapitalın İslam Respublikası üçün həyati sərvət kimi əhəmiyyətini vurğulayan Prezident qeyd edib ki, onun qəti inandığı məsələlərdən biri də sosial kapitaldır. Bu dəyərli sərvət bu yaxınlarda görünməmiş bir şəkildə ortaya çıxdı və bu xalq dəstəyi olmasaydı, ölkə ciddi böhranlarla üzləşərdi.

İran prezidenti hesab edir ki, ölkənin böhranların aradan qaldırılmasında uğurunun açarı İran cəmiyyəti arasında qarşılıqlı əlaqə və xalqla hökumət arasında səmərəli ünsiyyətdir.Pezeşkian administrasiyasının ticarəti asanlaşdırmaq üçün beynəlxalq səylərini də misal çəkərək deyib ki, administrasiyanın ilk günlərindən region ölkələri və İslam dünyası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirilib, iqtisadi mübadilələri asanlaşdırmaq və ticarət maneələrini aradan qaldırmaq üçün qonşu ölkələrin rəsmiləri ilə daimi əlaqə saxlanılıb.

aia.az



Chosen
1
37
aia.az

10Sources