Dünya çempionatı: "İnter" mübarizəni dayandırdı
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.
aia.az xəbər verir ki, Şarlott şəhərindəki "Bank of Amerika" stadionunda İtaliyanın "İnter" və Braziliyanın "Fluminense" komandaları üz-üzə gəlib.
Görüş "Fluminense"nin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 3-cü dəqiqədə German Kano vurub. 40-cı dəqiqədə İqnasionun qolu VAR-a baxıldıqdan sonra ləğv olunub. Bununla belə, Braziliya klubu 90+3-cü dəqiqəqə Erkulesin dəqiq zərbəsi ilə yekun nəticəni müəyyənləşdirib.
"Fluminense"nin 1/4 finaldakı rəqibi bu gecə Bakı vaxtı ilə saat 05:00-da başlanacaq "Mançester Siti" (İngiltərə) - "Əl Hilal" (Səudiyyə Ərəbistanı) görüşünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl keçirilmiş 1/8 final oyunlarından sonra növbəti mərhələdə Braziliya "Palmeyras"ının İngiltərənin "Çelsi" komandası ilə, Fransa PSJ-sinin isə Almaniya "Bavariya"sı ilə görüşəcəyi məlum olub.
aia.az