EN

İran Rusiyanın strateji limanına tam nəzarəti əldə edə bilər

İranın Nasim Bahr Kish şirkəti Rusiyanın Xəzər dənizi sahilində yerləşən strateji limanı – Astraxan limanında qalan səhm paylarını almaq təklifi verib, bu barədə “Kommersant” məlumat yayıb.

Hazırda limanın 53%-nə sahib olan şirkət əlavə adi və imtiyazlı səhmləri 437,5 milyon rubl (təxminən 4,9 milyon dollar) qarşılığında almağa hazırdır.

Müqavilə İranın Bank Melli-yə bağlı maliyyə qurumu tərəfindən təminatla dəstəklənib.

Digər səhmdarlar arasında İranın dövlətə bağlı IRISL şirkəti və Rusiyanın “Rostex” korporasiyası (25,5%) da var.

Liman “Şimal–Cənub” nəqliyyat dəhlizinin əsas qovşaqlarından biridir və yük dövriyyəsinin 90%-dən çoxu İranla ticarətə aiddir.

N.Təbrizli

Chosen
5
anews.az

1Sources