İtaliyanın "İnter" klubu "Fluminense"yə 0:2 hesabı ilə məğlub olaraq 1/8 finalda Klublararası dünya çempionatında mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra "neradzuri"nin kapitanı Lautaro Martines komandadan ayrılmaq istəyənlərin dərhal ayrılmalı olduğunu bildirib. O deyib: "Burada olmaq istəməyənlər klubu indi tərk etməlidir".

Klubun prezidenti Cüzeppe Marotta argentinalı hücumçunun sözlərinin Hakana aid olduğunu bildirib:

"Lautaronun sözləri Hakana idi. Ayrılıq üçün uyğun şərtlər yaranarsa, bunu problemsiz edəcəyik".

Qeyd edək ki, H. Çalhanoğlu "İnter"dən ayrılaraq "Qalatasaray"a qoşulmaq istəyir. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi var. Türkiyəli yarımmüdafiəçi