EN

Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi keçirilir GÖRÜNTÜ

ain.az bildirir, Modern.az portalına istinadən.

Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.

Modern.az “Report"a istinadən məlumat verir ki, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
11
modern.az

10Sources