Avropa İttifaqı (Aİ) blokun bir çox ixracatına 10% ümumi tarif tətbiq edəcək ticarət sazişini qəbul etməyə hazırdır.

İndex.az xəbər verir ki, Aİ, həmçinin Vaşinqtonun avtomobillərə və avtomobil hissələrinə tətbiq etdiyi 25%, polad və alüminiuma tətbiq etdiyi 50% həcmində tarifləri effektiv şəkildə azaltmaq üçün ABŞ-dan kvota və istisnalar istəyir.

Aİ-nin ticarət işlərinə nəzarət edən Avropa Komissiyası bu razılaşmanın ABŞ-ın xeyrinə olduğunu, lakin yenə də məqbul hesab edildiyini bildirib.