EN

"Kreml Ukraynanın daha hansı hissələrini işğal etmək istəyir?" - ISW

 
"Rusiya rəsmiləri yeni ərazilər üzərində iddialarını açıq şəkildə bəyan edir..."
 
Kreml rəsmiləri, o cümlədən Vladimir Putin Ukrayna əraziləri üzərində daha geniş iddialarını açıq-aşkar ifadə etməklə Rusiyanın dəyişməz məqsədini - Ukrayna dövlətini məhv edib xalqını itaət altına almaq niyyətini bir daha nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
"Donbas və Novorossiya" ritorikası yenidən gündəmdədir
 
Yeni hesabata əsasən, Rusiya prezidenti Vladimir Putin işğal olunmuş Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin "inkişafına dair" keçirdiyi müşavirədə bu bölgələri dəfələrlə "Donbas və Novorossiya" adlandırıb. Bu isə Kremlin yalnız bu dörd vilayətlə kifayətlənməyəcəyini göstərir.
 
Odessa da hədəfdədir
 
Analitiklər bildirir ki, Kreml sözçüsü Dmitri Peskov Odessanın meri Gennadi Truxanovun "şəhər Rusiya şəhəri deyil və öz tarixinə malikdir" bəyanatına cavab olaraq deyib ki, Odessanın tarixi "Rusiya ilə qırılmaz şəkildə bağlıdır".
 
Putinin əsas müşavirlərindən və danışıqlar nümayəndəsi olan Vladimir Medinski isə Rusiyada geniş yayılmış bir yanlış fikri təkrar edib - guya ruslar və ukraynalılar "bir xalqdır" və onların "ümumi tarixi vətəni" var. O, həmçinin "Dnepr çayının hər iki tərəfində yerləşən qədim rus torpaqları", "Novorossiya" və "Krım" barədə danışı: "Bütün cənub və şərqi Ukrayna Novorossiya hesab edilir".
 
ISW ekspertləri qeyd edir ki, bu cür bəyanatlar Kreml rəsmilərinin Ukrayna əraziləri üzərində daha geniş iddialarını açıq şəkildə ortaya qoyur. Rusiya rəsmiləri Odessanı mütəmadi olaraq "rus şəhəri" adlandırır, "Novorossiya" anlayışını isə Ukraynanın bütün şərq və cənub regionlarını əhatə edən siyasi-coğrafi layihə kimi təqdim edir.
 
ISW əlavə edir ki, Medinskinin "Dneprin hər iki tərəfindəki qədim rus torpaqları" barədə dedikləri Xerson vilayətindəki rusiyapərəst qubernator Vladimir Saldonun çağırışları ilə üst-üstə düşür. Saldo Rusiyanın Dnepr boyunca - Xerson, Zaporojye və Dnepropetrovsk bölgələrində tam nəzarət qurmalı olduğunu bildirir.
 
ISW ekspertlərinin yekun rəyinə görə, Kreml rəsmilərinin bu narrativlərə davamlı şəkildə sadiq qalması, Rusiyanın Ukraynanı dövlət olaraq məhv etmək və onun xalqını ram etmək məqsədindən dönmədiyini göstərir.
 
Rusiyanın yeni hücumu - Dnepropetrovsk istiqaməti
 
Hesabatda o da qeyd olunur ki, Rusiya Ukraynada yeni hücum əməliyyatlarına başlayıb. İyun ayının ortalarında Rusiya qoşunları Dnepropetrovsk vilayətinə doğru irəliləyib. Bu hücumlarda kiçik təxribat və hücum dəstələri istifadə olunub , məqsəd - Ukraynanın müdafiə xətlərində zəif yerləri aşkara çıxarmaq və həmin nöqtələrdən sızma yolu ilə irəliləmək olub.
Chosen
4
5
moderator.az

10Sources