EN

İran prezidenti Azərbaycana səfər edəcək

İran prezidenti Məsud Pezeşkian iyulun 3-4-ü Azərbaycanda səfərdə olacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, İran prezidenti Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.

Chosen
13
50
day.az

10Sources