EN

Bakıdakı bu yolda dirəklər var, amma qurumlar işıqlandırmaq istəmir VİDEO YENİLƏNİB

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakı ŞİH mətbuat Xidmətinin Rəhbəri: “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən bildirildi ki, qısa müddət öncə sözügedən ərazidə elektrik xəttində qəza baş vermişdir. İB mütəxəsissləri tərəfindən bərpa təmir işləri aparılır, ən qısa zamanda işiq dirəklərinin fəaliyyəti bərpa ediləcək.

***

30.06.2025, 11:30

***

Paytaxt yollarında gecə vaxtı müşahidə olunan işıqlandırma problemi sürücülər üçün təhlükə mənbəyinə çevrilməkdə davam edir. Hər nə qədər problem dəfələrlə ictimailəşdirilsə də, bəzi ərazilərdə hələ də vəziyyət dəyişməz qalır.

Avtosfer.az xəbər verir ki, belə problemlərdən biri də Sabunçu rayonunun Ramana qəsəbəsində yaranıb. Sakinlərin redaksiyamıza göndərdiyi görüntülərdən aydın görünür ki, “Savxoz” adlanan ərazidə işıq dirəkləri olsa da, onların heç biri işlək vəziyyətdə deyil. Axşam saatlarında yola çıxan sürücülər qaranlıqda yolu görməkdə çətinlik çəkir, bu isə qəza riskini əhəmiyyətli dərəcədə artırır.

İşıqlandırma probleminin uzun müddət həll olunmaması bu ərazidə piyadaları və sürücüləri təhlükəyə atır.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, yolların işıqlandırılması "Azərenerji" tərəfindən həyata keçirilir və problem ən qısa zamanda aradan qaldırılacaq. 

"Azərenerji" ASC-dən bildirildi ki, qeyd olunan məsələ qurumun səlahiyyət çərçivəsində deyil.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
avtosfer.az

1Sources