EN

Ekskavatorla minik maşını toqquşdu - Xəsarət alanlar var

Goranboyda ekskavatorla minik maşını toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Hyundai" markalı ekskavatorla "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınının sərnişinləri - 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

OnlarGoranboy rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
18
33
unikal.az

10Sources