EN

Səfərovun ekspertiza nəticələri Rusiyadakı ilə üst-üstə düşməyib

Səfərov Ziyəddin Mehdi oğlunun ölüm haqqında şəhadətnaməsində onun ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib. Biz meyitin xarici müayinəsi zamanı onun sağ gözündə qançırlar, döş qəfəsində assimetrik deformasiya, sağrı, bud, baldır və topuq nahiyyələrinin sıyrıq və qançırlar, xayalıq nahiyəsində göyümtül qançırlar aşkarladıq.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov brifinqdə deyib.

Onun sözlərinə görə, dünən meyitlər axşam 10-11 radələrində şöbəyə qəbul edilib, müayinələr gecəyarısı başa çatıb.

“Səfərov Ziyəddin Mehdi oğlunun daxili müayinsində aşkarlanan dəyişiklər birinci qardaşda olduğu kimidir. Belə ki, başın yumşaq və sərt qişalarına qansızmalar, döş qəfəsinin sıxılması, sınıqlar, qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları, paranefral sahədə qanyığılma, hematomalar, döş qəfəsinin 7-8-ci fəqərələri nahiyyəsində qansızmalar aşkarlandı.

Ölüm səbəbi qeyd edilən travmalarla bağlı ağır postravmatik şok olduğunu aşkarladıq və bizim nəticə Rusiyadakı ekspertiza nəticəsi ilə ziddiyyət təşkil edir”, – Ə.Həsənov qeyd edib.

Chosen
11
39
konkret.az

10Sources