Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
İdmanxeber.az xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşacaq. Minskdəki “Traktor” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Matçı rusiyalı baş hakim Vera Opeykina idarə edəcək.