Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Norveçli tennisçi Kasper Ruud diz zədəsi üzündən builki “Uimbldon” turnirində çıxış edə bilməyəcək. "Football-plus.az" xəbər verir ki, dünyanın 16-cı raketkasını turnirin əsas torunda ATP reytinqinin 110-cu pilləsində qərarlaşan danimarkalı Elmer Meller əvəz edəcək. Ruud bir müddət əvvəl Malyorka turnirində iştirakdan da boyun qaçırmışdı. O, zədə üzündən yarışlara 100 faiz hazır olmamasını əsas gətirib. “Uimbldon” Londonun ot örtüklü kortlarında 30 iyun – 13 iyul aralığında keçiriləcək. Ruuddan əvvəl fransalı Artur Fis və amerikalı Sebastyan Korda da kişilərin turnirindən çəkilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.