TBİLİSİ, 1 iyul. TELEQRAF
Bu gündən Gürcüstan və Ermənistan arasında sərnişindaşıma ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, söhbət qeyri-müntəzəm kommersiya məqsədli sərnişindaşımalardan gedir.
Yeni qaydalara əsasən, daşıyıcılar EKMT (Avropa Nəqliyyat Nazirləri Konfransı) beynəlxalq standartına uyğun olaraq sərnişinlərin siyahısını tərtib etməlidirlər. Səfərdən öncə elektron qaydada doldurulmalı olan siyahı miniven, avtobus və mikroavtobuslar üçün məcburi olacaq.
Sürücünün təqdim edəcəyi sənəddəki məlumatları Gürcüstanla Ermənistanın nəzarət orqanları eyni metodika ilə yoxlayacaqlar. Yenilik iki ölkə arasında sərnişindaşımaya nəzarətin səmərəliliyinin artırılması məqsədini daşıyır.