
Danimarka altı ay Avropa Birliyinə (Aİ) sədrlik edəcək. Bu müddətdə gündəm əsasən müdafiə, rəqabət qabiliyyəti, yaşıl transformasiya, miqrasiya və genişlənmə olacaq.
Reyting.az xəbər verir ki, Aİ-yə üzv ölkələr arasında hər 6 aydan bir rotasiya edən sədrlik yanvarın 1-dən bu vəzifəni icra edən Polşadan bu gündən etibarən Danimarkaya keçib.
Danimarka müdafiə sahəsində Avropanın strateji muxtariyyətinin təmin edilməsinə, Aİ ölkələrinin qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, Aİ-nin 2050-ci ilə qədər karbon neytrallığı hədəflərinin asanlaşdırılmasına, qeyri-qanuni miqrasiya və genişlənməyə qarşı mübarizəyə diqqət yetirəcək.
Danimarka 2026-cı il yanvarın 1-də sədrliyini Cənubi Kipr Rum Administrasiyasına (GCASC) verəcək.
ELÇİN