Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qaxda hündürlükdən yıxılan 54 yaşlı qadının vəziyyəti məlum olub.
"Unikal" xəbər verir ki, ötən gün Qax rayonunun Almalı kəndində 1971-ci il təvəllüdlü Həsənova Şəfa İbrahim qızı öz evinin həyətində hündürlükdən yıxılaraq ağır xəsarətlər almışdı. Yaralı Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəstəxanada ona onurğa sütununun bir neçə yerdən sınığı, qabırğaların sınığı, ağciyərin zədələnməsi və digər orqanlarının ciddi zədələnməsi diaqnozu qoyulub. Hazırda Ş.Həsənovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyətinin ağır oldugu bildirilir.
Qeyd edək ki, Ş.Həsənova Almalı kənd məktəbində psixoloq vəzifəsində çalışır.
Seymur Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.