EN

Yekaterinburqda saxlanılan daha bir azərbaycanlının məhkəməsi başlayıb - FOTO - VİDEO

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.

Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
  • Yekaterinburqda
Chosen
18
50
day.az

10Sources