EN

Qırğız Respublikasında Azərbaycan Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub FOTOLAR

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Qırğızıstanın İssık-Kul bölgəsində Azərbaycan və Qırğızıstan gənclərinin iştirakı ilə düşərgə keçirilib.

AZXEBER.COM-un məlumatına görə, 20-22 iyun tarixlərində ilk dəfə təşkil olunan Mədəniyyətlərarası Gənclər Düşərgəsində Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Qırğızıstan Xalqları Assambleyasının üzvü olan gənc fəallar iştirak ediblər.

Düşərgə çərçivəsində iki qardaş xalqın gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb.

Tədbirdə Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin müavini Marat Taqayev, Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Türkdilli ölkələr və Gürcüstan üzrə şöbə müdiri Əli Baytalov rəsmi qonaq qismində iştirak ediblər.

Layihənin təşkilinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi mühüm texniki dəstək göstərib.

Uğurla yekunlaşan layihədən sonra təşkilatçılar Azərbaycan və Qırğızıstan gənclərinin iştirakı ilə belə düşərgələrin gələcəkdə daha geniş miqyasda keçiriləcəyini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
4
azxeber.com

10Sources