ain.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Cənubi Koreya qrupu Kazımovanın mahnısını oxudu
Qrup şəklində fəaliyyət göstərən Cənubi Koreyadan olan müğənnilər Kik5o və Aleksa bir neçə gün əvvəl Bakının qonağı olub.
OLAY yazır ki, qızlar məkanlardan birində konsert veriblər.
Müğənnilər gecədə Xalq artisti Aygün Kazımovanın hit mahnısı “S.O.S”i oxuyublar. Onların bu ifası gecədə böyük coşqu ilə qarşılaşıb.
Kik5o və Aleksanın “S.O.S” ifası sosial şəbəkədə viral olub.
Qeyd edək ki, klipin izlənmə sayı 50 milyonu keçib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.