EN

Sabah çimərliklərdə hava necə olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 2-də mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +22 dərəcədən +23 dərəcəyədək, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə +24 dərəcədən +25 dərəcəyədək olacaq.

Chosen
2
50
ikisahil.az

10Sources