EN

Yekaterinburqda azərbaycanlı qadına hücum etdilər ANBAAN VİDEO

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı növbəti təxribat hadisəsi baş verib. 

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki,  xəbər verir ki, hadisə “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında qeydə alınıb. 

Rusiyanın “Krik-TV” telekanalının əməkdaşı Aleksey Kuznetsov çəkiliş qrupu ilə birlikdə restorana gəlib və müəssisənin açılmasına az vaxt qalmış içəri daxil olmaq istəyib.

Orada çalışan Telli adlı azərbaycanlı qadın restoranın saat 12:00-da açıldığını bildirib və ziyarətin məqsədini öyrənmək istəyib. 

Həmin an isə jurnalistlər aqressiv davranış nümayiş etdirib, qışqırmağa, video çəkməyə və qapalı restorana zorla daxil olmağa çalışıblar.

Gözlənilmədən Aleksey Kuznetsov Tellidən tutaraq onu zorla küçəyə doğru sürükləyib. Hücum hadisə yerinə çağırılan “Rosqvardiya” əməkdaşlarının gözü qarşısında baş verib. Qadının əllərindən xəsarət alıb. Xəsarətlər tibbi müayinələrlə sənədləşdirilib.

Hadisədən sonra “Krik-TV” əməkdaşları təhqir və təhdidlər səsləndirməyə davam ediblər.

Qeyd olunur ki, “Krik-TV” son iki il ərzində Sverdlovsk vilayətində yaşayan azərbaycanlılara qarşı məqsədyönlü şəkildə yalan məlumatlar yayır, millətlərarası qarşıdurmanı qızışdırır və təxribat xarakterli reportajlarla azərbaycanlı icmasını hədəf alır. Kanalın fəaliyyəti ilə bağlı dəfələrlə rəsmi şikayətlər təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
2
news24.az

10Sources