EN

Azərbaycanlı futbolçu Premyer Liqa klublarınının təklifindən imtina etdi - Türkiyədə legioner həyatı yaşayacaq

"Səbail"in futbolçusu Rüfət Abdullazadə Türkiyəyə yollanacaq.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Türkiyə 1-ci liqasında yarışan "Vanspor"la anlaşıb.

Azərbaycan Premyer Liqa təmsilçilərinin bir çoxundan təklif alan Abdullazadə legioner həyatı yaşamaq istəyini daha üstün tutub.

"Turan Tovuz" Rüfətin transferi üçün "Səbail"ə 100 min manat da təklif edib. Tovuz klubu ilə yanaşı, əksər klublarımızın maraq dairəsində olan 24 yaşlı futbolçu özünü Türkiyədə sınamaq qərarına gəlib.

Artıq "Vansspor" rəhbərliyi ilə hər şey razılaşdırılıb. Son anda hansısa problem çıxmasa, Rüfət yeni mövsümə məhz bu klubda başlayacaq.

Əlavə edək ki, Van təmsilçisi ötən mövsüm Türkiyə 2-ci liqasında mübarizə aparıb. Pley-off görüşlərindən qalib ayrılan Van təmsilçisi 2025/2026 mövsümündə Türkiyə 1-ci liqasında iştirak etmək hüququ qazanıb.

saytlarin hazirlanmasi

Chosen
5
16
sportal.az

10Sources