EN

Baş direktor: Hüseyn Səfərovun sınmış qabırğasını götürüb meyitin qarın boşluğuna atıblar

BAKI, 1 iyul. TELEQRAF

Ekspertiza zamanı Yekaterinburqda öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik, digər qardaş Hüseyn Səfərovun da qabırğasının biri yox idi, amma ekspertiza zamanı həmin qabırğanı qarın boşluğunda tapdıq.

Teleqraf xəbər verir ki, bunu Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov ​jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sınmış qabırğanı götürüb meyitin qarın boşluğuna atıblar.

Ə.Həsənov vurğulayıb ki, qardaşların tibbi ekspertizası Rusiyada iki fərqli ekspert tərəfindən aparılıb: “Onların hər biri ayrı-ayrı ekspertlər tərəfindən müayinə edilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb.

Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib. İyunun 30-da Hüseyn və Ziyəddin Səfərovların cənazələri Bakıya gətirilib, bu gün Ağcabədidə Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Chosen
4
12
teleqraf.com

10Sources