Ukrayna Silahlı Qüvvələri (AFU) İjevskə pilotsuz təyyarələrlə hücum edib. Şəhərin müəssisələrindən biri vurulub.
Publika.az xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.
"Dostlar, İjevskdəki müəssisələrdən birinə Ukrynanın pilotsuz uçan aparatları tərəfindən hücum edilib. Bütün fövqəladə hallar xidmətləri hadisə yerinə yola düşüb. Əlavə məlumat olan kimi məlumat verəcəyəm", - Breçalov "Telegram" kanalında yazıb.
Bildirilir ki, İjevskə hücum edən dronlar “Lyutı” tipli dronlar olub. Onlar min kilometrə qədər məsafədə 75 kiloqrama qədər çəkisi olan döyüş başlığını daşımaq iqtidarındadırlar. Qurğu itələyici pervaneli təxminən 50 at gücünə malik benzin mühərriki ilə təchiz edilib və gövdəsi fiberglas, metal tor və fanerdən istifadə etməklə hazırlanıb.
İlkin ehtimala görə, İjevskdəki zavodda pilotsuz təyyarələr istehsal olunurmuş.