EN

"Oxu.az"ın fəaliyyətə başlamasından 12 il ötür

Bu gün Azərbaycanın tanınmış xəbər portallarından biri olan "Oxu.az" 12 yaşını qeyd edir. Metbuat.az xəbər verir ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və bu illər ərzində geniş oxucu auditoriyası qazanıb. Hazırda “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir. Saytın baş redaktoru Ülvi Səfərovdur. "Oxu.az" hər gün Azərbaycan, rus və türk dillərində yüzlərlə xəbəri oxuculara çatdırır. Sayt həm ölkədə, həm də dünyada baş verən ən son xəbərləri operativ şəkildə təqdim edir. Metbuat.az kollektivi olaraq "Oxu.az"ı 12 illiyi münasibətilə təbrik edir, həmkarlarımıza yeni uğurlar arzulayırıq!

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
7
7
metbuat.az

10Sources