ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirlib ki, səfir heç bir şərh vermədən nazirliyin binasını tərk edib.
Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.
Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirib, iki nəfər saxlanılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.